“Sabah” – “Beşiktaş” xeyriyyə matçının biletləri satışa çıxarılıb

A- A A+

Bakının “Sabah” və Türkiyənin “Beşiktaş” futbol klubları arasında keçiriləcək yoldaşlıq oyununa bilet satışı başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi Bakı təmsilçisinə istinadla xəbər verir ki, biletləri “Iticket” və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından əldə etmək mümkündür.

Biletlərin qiyməti 5 – 300 manat təşkil edir.

“Sabah” – “Beşiktaş” yoldaşlıq oyunu mayın 13-də saat 18:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç xeyriyyə xarakteri daşıyır. Belə ki, oyundan əldə ediləcək bütün gəlir qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə göndəriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: