“9 noyabr-Dövlət Bayrağı Günü” həsr olunmuş şahmat üzrə muxtar respublika turnirinə start verilib.
NUHÇIXAN xəbər verir ki, turnirdə şəhər və rayonları təmsil edən 82 şahmatçı qalib olmaq üçün mübarizə aparır. İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan turnirə noyabrın 14-də yekun vurulacaq. Ən çox xal toplayan şahmatçı yarışın qalibi adını qazanacaq.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə qalib gələn idmançılara hədiyyə və pul mükafatları təqdim olunacaq.
Elvin Quliyev