Bölgələrarası kubok yarışında naxçıvanlı gimnastlar 2 medal qazanıblar - FOTOLAR

A- A A+

Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 7-ci bölgələrarası kubok təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, yarışa Naxçıvan Atletika Federasiyasının məşqçisi Humay Qafarovanın rəhbərliyi ilə 4 idmançı qatılıb. İlham Əliyev adına Olimpiya İdman Kompleksini təmsil edən gimnastlarımız uğurlu nəticələrə nail olublar. 2015-ci il təvəllüdlülər arasında Nilufər Kərimli ikinci yerə layiq görülüb. 2014-cü il təvəllüdlülərin yarışında isə İlay Sangur fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Beləliklə, Naxçıvan gimnastları 7-ci bölgələrarası kuboku 1 gümüş və 1 bürünc medalla tamamlayıblar. 

Qeyd edək ki, yarışda  “Ocaq Sport”  Klubunun Zaqatala, Şamaxı, Ağdaş bölmələri, Abşeron, Naxçıvan, Masallı, Sumqayıt, Lənkəran, İsmayıllı, Qusar, Göyçay Olimpiya İdman Kompleksləri, Mingəçevir - “Kür” Olimpiya Tədris-İdman Mərkəzindən 36 gimnast çempion adı uğrunda mübarizəyə qoşulub. Mükafatçılar 3 yaş kateqoriyasında müəyyənləşib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: