Çempion "Araz-Naxçıvan" Naxçıvanda böyük çoşğu ilə qarşılandı - VİDEO

A- A A+

Xəbər verdiyimiz kimi, Azərbaycan I Divizionunda mübarizə aparan "Araz-Naxçıvan" futbol klubu çempionatın bitməyinə 3 tur qalmış çempionluğu təmin edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sonuncu oyununu Bakıda "Səbail-2" komandasına qarşı keçirən komanda mayın 8-i axşam saatlarında Naxçıvana qayıdıb.

Klub üzvləri Naxçıvan Beynəlxalq Hava Limanında izdihamla qarşılanıb. Çempionu komandanı qarşılamağa gələn futbol həvəskarları böyük çoşğu yaradıblar. Qırmızı-ağlı bayrağa bürünən gənclər çempionluq şüarları səsləndirib, musiqi nömrələri ifa ediblər.

Qeyd edək ki, "Araz-Naxçıvan" növbəti mövsümdə Misli Premyer Liqasında mübarizə aparacaq.

Komandaya uğurlar diləyirik!

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: