“Beşiktaş” klubunun Bakıya səfər proqramı açıqlanıb

A- A A+

“Sabah” futbol klubu ilə xeyriyyə matçında qarşılaşacaq Türkiyənin “Beşiktaş” komandasının Bakıya səfər proqramı açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İstanbul təmsilçisi Bakıya oyun günü - mayın 13-də gələcək. Komandanı gətirəcək təyyarə Bakı vaxtı ilə saat 16:00-da havaya qalxacaq.

Türkiyə təmsilçisi “Hilton” hotelində məskunlaşacaq. Super Liqa təmsilçisi oyundan dərhal sonra Türkiyəyə qayıdacaq.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmaya saat 18:00-da start veriləcək. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: