UEFA Çempionlar Liqası: “Real Madrid” – “Mançester Siti” matçı heç-heçə ilə yekunlaşıb

A- A A+

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Turnirin son qalibi İspaniyanın "Real Madrid" klubu İngiltərənin “Mançester Siti” komandasını qəbul edib. “Santyaqo Bernabeu” stadionunda oynanılan matçda qalib müəyyənləşməyib – 1:1.

Matçda Madrid təmsilçisinin heyətində Vinisyus Junior, “Mançester Siti”də isə Kevin De Bruyne fərqlənib.

Komandalar arasında cavab oyunu mayın 17-də keçiriləcək.

Yarımfinalın digər matçında İtaliya təmsilçiləri "Milan" və "İnter" qarşılaşacaqlar. Görüş mayın 10-da keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: