Almaniyanın “Köln” futbol klubu baş məşqçisi Şteffen Baumqart ilə müqaviləni yeniləyib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Mütəxəssislə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. Ş.Baumqart ilə əvvəlki müqavilə 2024-cü il iyunun 30-dək nəzərdə tutulmuşdu.
Qeyd edək ki, Baumqart 2021-ci ildən “Köln”ü çalışdırır. Komanda hazırda 38 xalla Bundesliqanın turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.