Bu gün “Naxçıvan-2018”-in yeddinci turunun oyunları keçiriləcək

A- A A+

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının yeddinci turunda “A” qrupunda azərbaycanlı qrossmeyster, turnirin ən reytinqli şahmatçılarından olan Eltac Səfərli Nicat Məmmədovla qarşılaşacaq.

NUHÇIXAN xəbər verir ki, digər görüşlərdə Hollandiya təmsilçisi Sergey Tviyakov türkiyəli qrossmeyster Vahap Sanalla, qrossmeyster Qədir Hüseynov iranlı həmkarı Ehsan Qaem Məqami ilə, israilli qrossmeyster İlya Smirin ukraynalı qrossmeyster Vitaliy Bernardskiylə, almaniyalı qrossmeyster İqor Xenkin qrossmeyster Fərid Abbasovla, qazaxıstanlı beynəlxalq usta Pak Yevgeni isə İspaniya təmsilçisi qrossmeyster Oleq Korneyevlə üz-üzə gələcək.

“B” qrupunda Samir Davidov Fariz Əhmədovla, İran təmsilçiləri Saeb Barzegar Cəfər Xamisiylə, Elvin Bayramov Təbriz İdrisovla qarşılaşacaqlar.

Beynəlxalq Şahmat Festivalının “C” qrupunda isə Əli Züqanov-Zahid Allahverdiyev, Leyla Quliyeva-İlkin Qəbulov, Aydan Şükürova-Murad Mehdizadə, Uğur Həsənli-Yaqub Əliyev görüşləri olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: