Futzal üzrə Yüksək Liqa: Finalda “Araz-Naxçıvan” “Neftçi”yə qarşı

A- A A+

AFFA İntizam Komitəsinin qərarından sonra yarımfinal seriyasında ikinci qələbəsini reallaşdıran “Araz-Naxçıvan” futzal klubu Yüksək Liqanın finalına vəsiqə qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, son çempion həlledici qarşılaşmada “Neftçi” ilə qarşılaşacaq.

Üçüncü yer uğrunda oyunda “Baku Fire” və “Record club” komandaları üz-üzə gələcəklər. Oyunlar mayın 15-də keçiriləcək.

Qeyd edək ki, mayın 8-də yarımfinal seriyası çərçivəsində keçirilməsi nəzərdə tutulan “Record club” – “Araz Naxçıvan” oyununda “Record club” təyin olunan vaxtda oyuna gəlməyib. Matç baş tutmadığı üçün AFFA İntizam Komitəsi “Record club” klubuna 0:5 hesablı texniki məğlubiyyət verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: