Avropa Liqası: “Yuventus”dan heç-heçə, “Roma”dan minimal hesablı qələbə

A- A A+

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, oyunlara İtaliya ev sahibliyi edib.

“Yuventus” klubu Turində İspaniyanın “Sevilya” komandasını qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Federiko Qatti, rəqib komandadan isə Yussef En-Nesyri fərqləniblər.

Digər oyunda “Roma” və Almaniyanın “Bayer” klubları üz-üzə gəliblər. Görüş “Roma”nın minimal hesablı qələbəsi ilə başa çatıb -1:0. Matçda yeganə qolu Edoardo Bove vurub.

Komandalar arasında cavab oyunları mayın 18-də olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: