Tbilisidə WK-1 versiyası üzrə həvəskar idmançılar arasında Qara dəniz Kuboku uğrunda açıq çempionat keçirilib.
NUHÇIXAN xəbər verir ki, müxtəlif ölkələrdən 162 idmançının iştirak etdiyi çempionat Azərbaycan idmançıları üçün uğurlu olub. Üç idmançımız çempionatın qızıl medalını qazanıb.
“Qartal” peşəkar idman klubunun yetirməsi, 35 kiloqram çəki dərəcəsində çıxış edən 12 yaşlı Taleh Mehrəliyev bütün rəqiblərini üstələyərək qızıl medala sahib olub. Digər idmançımız 11 yaşlı Fəhmin İdrisov 33 kiloqram çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Üçüncü qızıl medalı isə ölkəmizə 35 kiloqram çəkidə tatami üzərinə çıxan 11 yaşlı Abbas Rəhimov qazandırıb.