“Barselona” klubunun tarixində 99-cu titul

A- A A+

“Barselona” klubu La Liqanın 2022-2023-cü il mövsümünün qalibi olmaqla tarixində 99-cu titulunu qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kataloniya təmsilçisi bu titullardan 77-nə milli səviyyədə yiyələnib. Belə ki, klub 27 dəfə ölkə çempionatının qalibi olub. Klub 31 dəfə ölkə kuboku, 2 dəfə Liqa kuboku, 14 dəfə ölkə Superkuboku və 3 dəfə Evı Duarte kubokuna sahib olub.

Kataloniya təmsilçisinin muzeyində, həmçinin 22 beynəlxalq mükafat var. Komanda 5 dəfə Çempionlar Liqasının, 4 dəfə kuboklar kubokunun, 3 dəfə Yarmarok kubokunun, 5 dəfə UEFA Superkubokunun, 2 dəfə Latin kubokunun və 3 dəfə klublararası dünya çempionatının qalibi adını qazanıb.

Qeyd edək ki, “Barselona” La Liqanın XXXIV turu çərçivəsində “Espanyol”u 4:2 hesabı ilə məğlub edərək xallarının sayını 85-ə çatdırıb və çempionluğunu rəsmiləşdirib. Çempionatın bitməsinə dörd tur qalmış turnir cədvəlində ikinci pillədə qərarlaşan “Real Madrid”in hesabında 71 xal var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: