Azərbaycan Premyer Liqasında avtoqolla bağlı antirekord təkrarlanıb

A- A A+

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2022/2023 mövsümündə antirekord təkrarlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, çempionatda 17 dəfə avtoqol qeydə alınıb.

XXXIV turunun “Neftçi” – “Şamaxı” oyununda (1:1) qonaqların qolkiperi Rəşad Əzizli öz qapısına qol vurub.

1992-ci ildən keçirilən yarışda ən çox avtoqol 2014/2015 mövsümündə yaşanmışdı. Həmin vaxt oyunçular 17 dəfə topu öz qapılarından keçiriblər.

Beləliklə, antirekord 8 ildən sonra təkrarlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: