Daşkənddə keçirilən cüdo üzrə Qran-Pri yarışlarında üç idmançımız finalda qızıl medal qazanıb - FOTOLAR
Özbəkistan Bədən Tərbiyəsi və İdman Nazirliyi, Beynəlxalq Cüdo Federasiyasının təşəbbüsü ilə Daşkənddə cüdo üzrə keçirilən Qran-Pri yarışları başa çatıb.
NUHÇIXAN xəbər verir ki, turnirdə dünyanın 50 ölkəsindən 350 idmançı iştirak edib. Ölkəmizi turnirdə 8 kişi, 3 qadın idmançımız təmsil edib.
Bu gün keçirilən final yarışlarında İrina Kindzerska (78), Məmmədəli Mehdiyev (90) və Elmar Qasımov (100) rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
Yarışları Daşkənddə yaşayan soydaşlarımız da izləyib, onlar idmançılarımızın qələbəsini Azərbaycanın üçrəngli bayrağını dalğalandıraraq alqışlayıblar.
Turnirə qatılan cüdoçumuz Nicat Şıxəlizadə isə bürünc medal qazanmışdı.