Noyabrın 11-də İngiltərə Premyer Liqasının 12-ci turuna yekun vurulub.
NUHÇIXAN xəbər verir ki, turun sonuncu oyunu “Mançester Siti” ilə “Mançester Yunayted” klubları arasında olub. “Etihad” stadionunda keçirilən oyunda hesabı meydan sahibləri açıb. Bernardo Silvanin cinah ötürməsini David Silva qüvvətli zərbə ilə tamamlayıb - 1:0. Birinci hissə bu hesabla başa çatıb.
Fasilədən sonra Pep Qvardiolanın yetirmələri iki dəfə fərqlənib. Serxio Aquera və İlkay Gündoğan fərqlənib, “qırmızı şeytan”ların yalnız təsəlli qola gücü çatıb. Antoni Marsial adını tabloya yazdırıb. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər gözlənilməz hesabı “Stenford Bric” stadionunda qeydə alınıb. “Çelsi” doğma meydanda “Everton”la heç-heçə edib.
London şəhərin digər təmsilçisi “Arsenal”da xal itkisi ilə üzləşib. “Qarabağ” klubunun UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi doğma meydanda “Volverhampton” komandası ilə heç-heçə edib (1:1).
Premyer Liqanın favoritlərindən sayılan “Liverpul” isə doğma meydanda “Fulhem” klubunun qapısından iki cavabsız top keçirib (2:0). Məhəmməd Salah və Cerdan Şakiri fərqlənib.
Turun digər oyunlarının nəticələri:
“Kardiff Siti” – “Brayton” - 2:1,
“Haddersfild”- “Vest Ham” - 1:1,
“Lester Siti” – “Börnli” - 0:0,
“Nyukasl” - “Bournemouth” - 2:1,
“Sauthampton”- “Vatford” - 1:1,
“Kristal Palas”- “Tottenhem” - 0:1.