İngiltərə Premyer Liqasında cari mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyinin çempionatın rəsmi saytına istinadən məlumatına görə, mükafata 6 mütəxəsiss iddia edir.
Bunlar "Arsenal"dan Mikel Arteta, "Mançester Siti"dən Xosep Qvardiola, "Aston Villa"dan Unay Emeri, "Brayton"dan Roberto De Dzerbi, "Nyukasl"dan Eddi Hau və "Fulhem"dən Marku Silvadır.
Qeyd edək ki, azarkeşlər arasında keçirilən səsvermənin nəticələri iyunda açıqlanacaq.