Konfrans Liqasının finalında “Fiorentina” və “Vest-Hem” qarşılaşacaq

A- A A+

Futbol üzrə UEFA Konfrans Liqasında finalçılar bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfərdə Niderlandın “Alkmar” kollektivini minimal hesabla (0:1) üstələyən İngiltərənin “Vest-Hem” klubu finala vəsiqə qazanıb. Oyunda yeganə qolu 94-cü dəqiqədə Fornals vurub. Qeyd edək ki, komandalar arasında ilk matç da “Vest-Hem”in xeyrinə başa çatmışdı – 2:1.

İkinci finalçının adına isə İsveçrədə aydınlıq gəlib. “Bazel” klubu İtaliyada sürpriz şəkildə “Fiorentina”nı məğlubiyyətə uğratsa da (2:1), öz meydanın bu uğurun ardını gətirə bilməyib. Səfərdə parlaq oyun sərgiləyən florensiyalılar rəqiblərindən 3:1 hesabı ilə üstün olublar. Oyunda qolları “Fiorentina”dan Nikolas Qonzales (2) və Barak vurublar. Meydan sahiblərinin yeganə qoluna isə Amduni imza atıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: