"Qarabağ" klubu azarkeşlərin VAR sisteminə vurduğu zərəri qarşılayacaq

A- A A+

"Qarabağ" klubu "Səbail"ə qarşı Azərbaycan Premyer Liqasının XXXIV tur oyununda VAR sisteminə dəymiş zərəri qarşılayacaq.

NUHÇIXAN İnformasiya Agentliyi Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu barədə İntizam Komitəsi qərar qəbul edib.

Ölkə çempionunun 3:0 hesabı ilə qalib gəldikləri matç bitdikdən sonra "köhlən atlar"ın azarkeşləri pirotexniki vasitədən istifadə etdiyi üçün VAR sisteminin naqilləri yanıb.

"Səbail" klubu qarşılaşmada ictimai təhlükəsizlik düzgün təşkil olunmadığına görə 4000 manat məbləğində cərimələnib.

Ağdam təmsilçisi isə meydana kənar şəxslərin girməsinə görə 1600, fanatların pirotexniki vasitədən istifadəsi ucbatından 800 manat ziyana düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: