Avropa Liqasında həftənin futbolçusu adına namizədlər müəyyənləşib

A- A A+

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu ada İspaniya "Sevilya"sından İvan Rakitiç, Erik Lamela, İtaliya "Roma"sından Nemanya Matiç və Almaniyanın "Bayer" (Leverkuzen) klubundan Florian Virts iddia edir.

UEFA Konfrans Liqasında isə İtaliya "Fiorentina"sından Nikolas Qonsales, Kristiano Biragi, İngiltərənin "Vest Hem" klubundan Deklan Rays və Niderlandın AZ komandasından Ticani Reynders namizəddir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytına səsvermə yolu ilə bəlli olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: