“Electronic Arts” və UEFA “kibernetik” Çempionlar Liqası təşkil edəcəklər

A- A A+
2019-cu ildə “Electronic Arts” və UEFA mükafat fondu 280 min dollara bərabər olan “eChampions League FIFA 19” turniri keçirəcəklər. NUHÇIXAN xəbər verir ki, bu turnir martın 2-də və 3-də keçiriləcək onlayn seçmə oyunlarla başlayacaq. Bu mərhələdə ən yaxşı nəticə göstərən 64 oyunçu LAN-turnirə vəsiqə alacaq, burada final yarışlarının 8 iştirakçısı müəyyən ediləcək. Final yarışları mayın 31-də - 2018/2019-cu illər mövsümünün Çempionlar Liqasının finalından bir gün əvvəl “Vanda-Metropolitano” stadionunda təşkil olunacaq. Finalçılar Çempionlar Liqasının qrup mərhələsində çıxış etmiş oyunçulardan ibarət komandalar yığacaqlar. “PlayStation 4” videooyun avtomatında keçiriləcək turnirin qalibi 100 min dollar və 850 “FIFA 19 Global Series” xalı qazanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: