UEFA Avropa kuboku yarışlarının cədvəlinə dəyişiklik edə bilər.
NUHÇIXAN xəbər verir ki, Çempionlar Liqasında çərşənbə axşamı və çərşənbə günlərində keçirilməsi nəzərdə tutulan matçların vaxtı dəyişdirilərək istirahət günlərinə keçirilə bilər. Çərşənbə axşamı və çərşənbə günlərində isə milli yığmaların oyunları keçiriləcək.
Avropanın 16 top-klubunun iştirakı ilə Superliqa yaradılması ehtimalı ilə əlaqədar belə bir qərar qəbul edilə bilər.
Qapalı şəraitdə keçiriləcək turnirdə 11 komanda (“Real”, “Barselona”, “Mançester Yunayted”, “Çelsi”, “Arsenal”, “Mançester Siti”, “Liverpul”, PSJ, “Yuventus”, “Milan” və “Bavariya”) məğlubiyyət halında mübarizəni davam etdirəcəklər. Daha 5 komanda – “Atletiko”, “Borussiya Dotrmund”, “Marsel”, “İnter” və “Roma” bu turnirdə qonaq qismində iştirak edəcək.