XXI əsrin ilk 10 illiyində ən çox qol vuran qapıçılar: Siyahıda azərbaycanlı futbolçu da var

A- A A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrin ilk onilliyində ən çox qol vuran qapıçıların siyahısını dərc edib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 15 nəfərlik cədvəldə azərbaycanlı qolkiper də var.

Bu, “Turan”ın sabiq kapitanı Nizami Sadıqovdur. O, 2001-2010-cu illər aralığında Azərbaycan çempionatında 9 qola imza atıb.

Siyahıya braziliyalı Rojerio Seni başçılıq edir. Seni nəzərdə tutulan müddətdə 58 dəfə fərqlənib. O, ümumi karyerası ərzində isə rəqib qapılarına 129 dəfə yol tapıb.

1992-2004-cü illər aralığında “Turan” və “Kəpəz”in formasını geyinmiş Nizami Sadıqov isə ümumilikdə 21 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: