Çempionun son oyunu - "Araz-Naxçıvan" - "Zaqatala" - YENİLƏNİB - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan I Divizionunda “Araz-Naxçıvan” Naxçıvanda mərkəzi stadionda “Zaqatala” komandası ilə qarşılaşıb. 

Çempionatın sonuna 3 tur qalmış çempionluğunu təmin edən Naxçıvan təmsilçisi “Zaqatala” ilə oyunda ilk hissəni 0:0 hesabı ilə başa vurub. Oyunun ikinci hissəsində hücumların kəsərini artıran “qırmızı-ağlar” hesabı 2:0 öz xeyirlərinə dəyişiblər. Oyun bu hesabla yekunlaşıb. Qolların müəllifi çempionatın ən sərrast futbolçusu Orxan Əliyev olub. Bununla da “Araz-Naxçıvan” I Divizionda çempionluğunu tam rəsmiləşdirib.

Matçı stadionda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev, digər rəsmi şəxslər və muxtar respublika sakinləri izləyiblər.

Oyundan sonra “Araz-Naxçıvan”a doğma meydanda kubok və medallar təqdim olunub. 

Qeyd edək ki, stadionda Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürov konsert proqramı ilə çıxış edib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: