Meksika çempionatında 2022-2023-cü il mövsümünün qalibi bəlli olub

A- A A+

Futbol üzrə Meksika çempionatında 2022-2023-cü il mövsümünün qalibi müəyyənləşib.

NUHÇIXAN xəbər verir ki, çempion adına “Tiqres" klubu sahib olub.

Monterrey təmsilçisi finalın cavab oyununda "Qvadalaxara"nı məğlub edib (3:2, ilk oyun - 0:0).

Nəticədə komanda tarixdə səkkizinci, 2015-ci ildən bəri beşinci dəfə Meksika çempionatının qızıl medallarını əldə ediblər.

Yalnız "Amerika" (13), "Qvadalaxara" (12) və "Toluka"nın (10) daha çox titulları var. "Kruz Azul" və "Leon" da 8 dəfə çempion olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: