Azərbaycan U-19 yığması İsrail millisi ilə qarşılaşacaq

A- A A+

On doqquz yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə qrup mərhələsində bu gün ilk oyununu keçirəcək.

NUHÇIXAN xəbər verir ki, komandamız Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionunda İsraildən olan həmyaşıdları ilə qarşılaşacaq.

Oyunu belçikalı baş hakim Erik Lambreçts idarə edəcək. Ona Karel De Roker (Belçika) və Giorgi Elikaşvili (Gürcüstan) kömək edəcəklər. Dördüncü hakim funksiyasını gürcüstanlı Aleko Aprsiauri yerinə yetirəcək.

Oyunu AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov izləyəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: