"Arpaçay" klubu Region Liqasında bürünc medal qazanıb - FOTOLAR

A- A A+

Həvəskar komandalar arasında təşkil olunan AFFA Region Liqasının 2022-2023-cü illər mövsümündə Bakı şəhərində keçirilən oyunlardan sonra mükafatçılar bəlli olub.

Naxçıvan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan zonasının qalibi kimi birbaşa yarımfinal mərhələsinə adlayan Şərurun "Arpaçay" klubu Qusarın eyniadlı komandasına 0:1 hesabı ilə məğlub olub. Lakin üçüncülük qarşılaşmasında oynamaq hüququ əldə edən komanda şansı əldən verməyib. Şəkinin "Marxal" klubu ilə qarşılaşmada sevinən tərəf Şərur təmsilçisi olub. Oyun ərzində vurulan yeganə qol komandamıza bürünc medalları qazandırıb.

Bununla da Şərurun "Arpaçay" klubu tarixində ilk dəfə Region Liqasında mükafatçı olmağı bacarıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: