"Çelsi" portuqaliyalı futbolçunu "Atletiko"ya qaytarıb

A- A A+

Ötən mövsüm İngiltərə "Çelsi"sində çıxış edən Portuqaliya millisinin futbolçusu Joau Feliks İspaniyanın "Atletiko" (Madrid) klubuna qayıdacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Madrid təmsilçisinin prezidenti Enrike Sereso açıqlama verib.

Funksioner "zadəganlar"ın 24 yaşlı hücumçunu almayacağını söyləyib: "Komandanın yeni baş məşqçisi Mauritsio Poçettino Feliksi istəmədi. O, bizə qayıdacaq. Bundan sonra necə olacaq? Hələlik bir planımız yoxdur".

Qeyd edək ki, Joau Feliks yanvardan icarə əsasında "Çelsi"də çıxış edib. Forvard 20 görüşdə 4 qola imza atıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: