Naxçıvan atletindən daha bir uğur - FOTOLAR

A- A A+

Bakı şəhərində 2008-2009-cu il təvəllüdlü idmançılar arasında atletika üzrə Azərbaycan birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda reallaşan yarışda paytaxtın müxtəlif idman klubları və cəmiyyətlərinin təmsilçiləri ilə yanaşı, Gəncə, Sumqayıt, Naxçıvan, Bərdə, Astara, Quba, İsmayıllı, Xızı və Beyləqandan 150-yə yaxın oğlan və qız atlet mübarizə aparıb.

Naxçıvan Atletika Federasiyasının yarışa qatılan 3 idmançısından yalnız biri – Aysu Abbasova mükafatçılar sırasına düşə bilib. Atletimiz 1500 metr məsafədə birinci, 800 metr məsafədə isə üçüncü olub.

Nəticədə Naxçıvan təmsilçisi bir qızıl və bir bürünc medal əldə edib.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: