Muxtar respublika birinciliyinin qalibləri müəyyənləşib - FOTOLAR
Ali və orta ixtisas təhsili müssisələrinin tələbələri arasında voleybol üzrə muxtar respublika birinciliyi keçirilib. NUHÇIXAN xəbər verir ki, 10-17 noyabr–“Beynəlxalq Tələbə Gənclər Həftəsi”nə həsr olunmuş yarış Naxçıvan Olimpiya İdman Kompleksində reallaşıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və Voleybol Federasiyasının birgə təşkil etdiyi yarışda Ali və orta ixtisas təhsili müssisələrindən 6 komanda daxilində 70-ə yaxın tələbə mübarizə aparıb.
Olimpiya sisteminə əsasən qalibin müəyyənləşdiyi yarışda Naxçıvan Universitetinin komandası birinci, Naxçıvan Dövlət Universitetinin tələbələri ikinci, Naxçıvan Müəllimlər İnstitutunun təmsilçiləri isə üçüncü sırada qərarlaşıblar.
“Beynəlxalq Tələbə Gənclər Həftəsi” nə həsr olunmuş idman yarışlarının qaliblərinə noyabrın 16-da Gənclik Mərkəzində keçiriləcək mükafatlandırma mərasimində diplom və hədiyyələr təqdim olunacaq.
Emil Səmədov