Fransanın PSJ klubu Lionel Messinin komandanı tərk edəcəyi ilə bağlı iddialara aydınlıq gətirib.
NUHÇIXAN-ın məlumatına görə, Paris təmsilçisinin yaydığı açıqlamada baş məşqçi Kristof Qaltyenin səsləndirdiyi fikirlər təkzib olunub.
Bildirilib ki, 57 yaşlı mütəxəssis vəziyyəti düzgün ifadə etməyib: "O, "Klermon"la matçın Messi və PSJ üçün cari mövsümdə sonuncu olacağını nəzərdə tutub".
Qeyd edək ki, Lionel Messi 2021/2022 mövsümünün əvvəlində İspaniya "Barselona"sından PSJ-yə keçib. Cari mövsüm 40 oyunda meydana çıxan argentinalı forvard 21 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.