“Neftçi” klubu Filip Ozobiçi heyətinə qatmağa çox yaxındır

A- A A+

Bakının “Neftçi” klubu ilk transferini futbol üzrə Azərbaycan kuboku yarışlarının finalından sonra açıqlayacaq.

NUHÇIXAN xəbər verir ki, Bakı təmsilçisi millimizin üzvü Filip Ozobiçlə bütün məsələlərdə ortaq məxrəcə gəlib. Xorvatiya əsilli pleymekerlə ikiillik sözləşmə imzalanacaq.

Daha əvvəl F.Ozobiç "Qəbələ" və "Qarabağ"ın şərəfini qoruyub və hər iki komandanın heyətində Avropa Liqasının qrup mərhələsində iştirak etməyi bacarıb. Futbolçu Ağdam təmsilçisi ilə 4 dəfə Azərbaycan çempionu tituluna yiyələnib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: