İngiltərə Premyer Liqasını 19-cu pillədə başa vuraraq “Çempionşip”ə yuvarlanan “Lids” futbol klubu baş məşqçisiz qalıb.
NUHÇIXAN xəbər verir ki, Sem Ellardays komandanı tərk etmək qərarına gəlib.
İngilis mütəxəssis qərarını klub rəhbərliyi ilə danışıqlardan sonra verib. O, “Lids”ə bir ay əvvəl gəlmişdi.
Qeyd edək ki, “Lids” çempionatda keçirdiyi 38 oyundan 31 xal toplayıb.