Paralimpiyaçılarımızdan uğurlu nəticələr - FOTOLAR

A- A A+

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Sumqayıt şəhərində yerləşən Paralimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Uşaq Paralimpiya Kuboku keçirilib. Yarışda paytaxt Bakı və ölkənin müxtəlif bölgələrindən 100-dən çox sağlamlıq imkanları məhdud uşaq iştirak edib. Paralimpiyaçılar 4 idman növündə (cüdo, üzgüçülük, stolüstü tennis, pauerliftinq) öz güclərini sınayıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, yarışda muxtar respublikanı Naxçıvan Paralimpiya Federasiyasından 6 idmançı təmsil edib. Onlardan dördü mükafatçılar sırasına düşüb. Oğlanların pauerliftinq yarışında Həsən Qasımov 50+ kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. Mehdi Quliyev isə 50 kq çəki dərəcəsində ikinci olub. Digər təmsilçilərimiz isə stolüstü tennis yarışında fərqləniblər. Hüseyn Əliyev oğlanlar arasında ikinci, Şəfa Abdullayeva isə qızlar arasında üçüncü olub. 

Bu nəticələrlə komandamız Uşaq Paralimpiya Kubokunu 1 qızıl, 2 gümüş və 1 bürünc medalla tamamlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: