Bu gün UEFA Millətlər Liqasında V turun oyunlarına start veriləcək.
NUHÇIXAN xəbər verir ki, ilk oyun günündə 4 liqada 9 qarşılaşma təşkil olunacaq.
A Liqasında iki oyun keçiriləcək. II qrupda Belçika doğma meydanda İslandiya ilə qarşılaşacaq. Meydan sahibləri bu görüşdə qələbə qazanacağı təqdirdə növbəti mərhələ şanslarını daha da artıracaq.
IV qrupda isə Xorvatiya evdə İspaniya ilə münasibətlərə aydınlıq gətirəcək. Xorvatlar bu görüşdə də qələbə qazana bilməsələr növbəti mərhələdən məhrum olacaqlar.
B Liqasının III qrupunda Bosniya və Hersoqovina səfərdə Avstriyadan bir xal ala bilsə növbəti matç komanda üçün formal xarakter daşıyacaq.
C Liqasının II qrupunda Macarıstan Estoniyanı, Yunanıstan isə Finlandiyanı qəbul edəcək. Macarıstan və Estoniya növbəti mərhələ şanslarını itirib. Finlandiya isə bir xal qazanacağı təqdirdə sonrakı mərhələni rəsmiləşdirəcək.
Lüksembur yığması D Liqasının II qrupunda evdə Belarusla üz-üzə gələcək. Meydan sahibləri qələbə qazansa, növbəti mərhələyə yüksələcək. Qrupun digər matçında isə San Marino və Moldova komandaları qarşılaşacaqlar.