Azərbaycan kuboku yarışlarında mövsümün rekordu qeydə alınıb

A- A A+

Futbol üzrə Azərbaycan kuboku yarışlarında mövsümün rekordu qeydə alınıb. Bu, “Neftçi” ilə “Qəbələ” arasında finala təsadüf edib. “Bakcell Arena”dakı görüşü 9 min tamaşaçı izləyib.

NUHÇIXAN Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, bu, mövsümün 19 kubok oyununun ən yüksək göstəricisidir. Finaladək rekord 5 minə bərabər idi. Yarımfinalın “Neftçi” və “Turan Tovuz” arasında hər iki qarşılaşmasında 5 min seyrçi olub.

Ümumilikdə, kubok yarışlarının 19 matçında 31 min 980 izləyici qeydə alınıb. Orta hesabla hər oyunu 1683 tamaşaçı seyr edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: