Lionel Messi yeni klubunun adını açıqlayıb

A- A A+

Argentina millisinin futbolçusu Lionel Messi yeni klubunun adını açıqlayıb.

NUHÇIXAN-ın məlumatına görə, 36 yaşlı hücumçu "Mundo Deportivo" nəşrinə müsahibəsində ABŞ-ın "İnter Mayami" komandasına keçəcəyini bildirib.

O, uzun illər formasını geyindiyi İspaniya "Barselona"sına qayıtmayacağını söyləyib.

Artıq "İnter Mayami" klubu da sosial şəbəkə hesabları vasitəsilə ulduz futbolçunun transferini elan edib.

Qeyd edək ki, Lionel Messinin son klubu Fransa PSJ-si olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: