"Norway Chess": Şəhriyar Məmmədyarov Karlsenlə qarşılaşacaq

A- A A+

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirində növbəti oyununu keçirəcək.

NUHÇIXAN-ın məlumatına görə, 38 yaşlı qrosmeyster VIII turda yerli iti zəka sahibi Maqnus Karlsenlə üz-üzə gələcək.

Məmmədyarov VII turda armageddonda ABŞ təmsilçisi Hikaru Nakamuraya yenilib. O, hazırda 9 xalla 8-ci pillədə qərarlaşıb. Nakamura isə 12,5 xalla ikinci sıradadır.

Qeyd edək ki, “Norway Chess” iyunun 9-da başa çatacaq. Reqlamentə əsasən, birbaşa qələbəyə görə 3 xal verilir. Heç-heçə olacağı təqdirdə rəqiblər armageddonda qarşılaşırlar. Bu halda qalib 1.5, məğlub olan tərəf isə 1 xal əldə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: