Sağlamlıq imkanı məhdud uşaqlar arasında şahmat yarışı keçirilib - FOTOLAR
NUHÇIXAN-a Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Şahbuz rayon Gənclər və İdman idarəsi Təhsil Şöbəsi və Naxçıvan MR Şahmat Federasiyasının Şahbuz rayon bölməsi ilə birlikdə şahmat məktəbində ümumtəhsil məktəblərində təhsil alan sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat yarışı keçirib. Yarışda 14 şagird iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışda I yeri Şahbuz şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Şıxı Şıxıyev, II yeri Yuxarı Qışlaq kənd tam orta məktəbin şagirdi Qurban Məmmədov, III yeri isə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Ülvi Nəsirov tutub. Qaliblərə yarışın təşkilatçılarının diplom və qiymətli hədiyyələri təqdim olunub.