UEFA Millətlər Liqasında V turun növbəti oyunları keçiriləcək

A- A A+

Bu gün UEFA Millətlər Liqasında V turun növbəti matçları keçiriləcək.

NUHÇIXAN-ın məlumatına turun ikinci oyun günündə 4 liqada ümumilikdə 7 görüş təşkil olunacaq. A Liqasında Hollandiya Fransaya qalib gələ bilməsə, 1-ci qrupda liderlik şanslarını itirəcək.

B Liqasında baş məşqçi dəyişikliyinə məruz qalan Slovakiya artıq 1-ci qrupun liderliyini təmin etmiş Ukrayna ilə görüşdə ilk xal uğrunda mübarizə aparacaq.

C Liqasında 3-cü qrupa başçılıq edən hər iki komanda səfərdə çıxış edəcək. "Qarabağ"ın futbolçusu Simeon Slavçevin çıxış etdiyi Bolqarıstan yığması Kiprin, Norveç isə Sloveniyanın qonağı olacaq.

Nəhayət D Liqasında Makedoniyaya 4-cü qrupun qalibi olması üçün Lixtenşteyni məğlub etməsi lazımdır. Bu istək Cəbəllütariqin Yerevanda məğlub etdiyi Ermənistanla görüşdə xal itirəcəyi təqdirdə də gerçəkləşə bilər.

Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: