UEFA Çempionlar Liqasında mövsümün ilk püşkü atılıb

A- A A+

UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün ilk püşkü atılıb.

NUHÇIXAN-ın məlumatına görə, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə ilkin mərhələnin yarımfinal cütləri müəyyənləşib.

Andorranın “Atletik Ekaldes” klubu Monteneqro “Buduçnost” kollektivi ilə, San Marinonun “Tre Penne” komandası İslandiya təmsilçisi “Breydablik”lə üz-üzə gələcək. Bu raundun görüşləri iyunun 27-də, final qarşılaşması isə iyunun 30-da olacaq.

Qalib komanda I təsnifat mərhələsinə yüksələcək və burada Azərbaycan çempionu "Qarabağ"a rəqib ola bilər.

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 20-də atılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: