Azərbaycanın iki klubu PSJ-nin yetirməsinə təklif göndərib

A- A A+

"Neftçi" və "Sabah" Rusiyanın "Soçi" komandasının futbolçusu Musa Sissakoya təklif göndərib.

NUHÇIXAN "Legalbet"ə istinadən xəbər verir ki, paytaxt təmsilçiləri 23 yaşlı dayaq yarımmüdafiəçisinin xidmətində maraqlıdır.

İddiaya görə, Murad Musayevin baş məşqçi olduğu klub Mali millisinin üzvü ilə anlaşa bilməyib. Tərəflər maliyyə məsələsində ortaq məxrəcə gəlməyiblər. İllik 400 000 avro məvacib tələb edən Sissako 200 000 avroluq təklifi qəbul etməyib.

"Neftçi" tərəfi isə gənc oyunçuya 250 000 avro maaş verməyə hazır olduğunu bildirib. "Ağ-qaralar" futbolçunu sonradan birədəfəlik almaq şərtilə icarəyə götürmək istəyir. Kapitan Emin Mahmudovun mümkün gedişini nəzərə alan klub rəhbərliyi yarımmüdafiəçi ilə daha çox maraqlanır.

Qeyd edək ki, Fransanın PSJ komandasının yetirməsi olan Musa Sissako "Soçi"dən əvvəl Belçika "Standard"ında da çıxış edib. Ötən mövsüm Rusiya təmsilçisinin heyətində 15 oyuna 1 qol vuran futbolçunun klubla 2025-ci ilin yayınadək müqaviləsi var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: