Sosial şəbəkələrdə ən çox izlənilən klublar açıqlanıb

A- A A+

Sosial şəbəkələrdə ən çox izlənilən klublar bəlli olub.

NUHÇIXAN Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin rəsmi saytına istinadən xəbər verir ki, siyahıya İspaniyanın "Real Madrid" klubu başçılıq edir.

Madrid təmsilçisinin ümumilikdə 363 milyon abunəçisi var. Bunlardan 79,9 milyonu tviter, 135 milyonu instaqram, 117 milyonu feysbuk, 30,8 milyonu isə tik-tok platformasındadır.

İkinci yerdə 342 milyon izləyici ilə (tviter - 82,8; instaqram - 119; feysbuk - 112, tik-tok - 28,3) İspaniyanın digər nəhəng klubu "Barselona" qərarlaşıb. İlk "3-lüy"ü 206 milyonla İngiltərə "Mançester Yunayted"i (tviter - 41,5; instaqram - 61,5; feysbuk - 80,8; tik-tok - 22,4) qapayır.

Türkiyə çempionu "Qalatasaray" 40,1 milyon (tviter - 13,9; instaqram - 12,6; feysbuk - 12; tik-tok - 1,6) izləyici ilə 18-ci, digər İstanbul təmsilçilərindən "Fənərbağça" 29,8 milyonla (tviter - 11,4; instaqram - 8,7; feysbuk - 8,6; tik-tok - 1,1) 21-ci, "Beşiktaş" 17,6 milyonla (tviter - 6,1; instaqram - 5,5; feysbuk - 5,4; tik-tok - 0, 6) 33-cü sıradadır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: