Cüdo üzrə ustad dərsləri keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Cüdo federasiyasından dəvət olunan təcrübəli mütəxəssislər növbəti dəfə muxtar respublikada cüdo üzrə ustad dərsləri keçiblər.                          

İlham Əliyev adına Naxçıvan Olimpiya-İdman Kompleksində reallaşan seminar xarakterli məşq prosesində Muxtar Respublika Güləş Federasiyasından ümumilikdə 80-dən çox yeniyetmə və gənc cüdoçu, o cümlədən məşqçi-müəllimlər  iştirak ediblər. Ustad dərsini Federasiyanın Hakimlər Kollegiyasının  üzvü, beynəlxalq dərəcəli hakim Valeh Məhərrəmov keçib. Təcrübəli mütəxəssis mәşqçilәrin yeniyetmә idmançılarla iş prosesindә sadә hәrәkәtlərdәn başlayıb mürәkkәb hərəkətlərə necә keçmәk lazım olduğunu, rəqibi məğlub etmək üçün tədbiq etdiyi üsulları, bu idman növünün incəliklərini cüdoçulara nümayiş etdirərək biliklərini aşılamağa çalışıb. Eyni zamanda cüdoda tədbiq olunan yeni qaydalar barədə də məşqçi-müəllimlər və idmançılara məlumatlar verib. 

Sonra mәşqçi-müəllimlər və idmançıları maraqlandıran suallar cavablandırılıb. 

Qeyd edək ki, noyabrın 17-də cüdo üzrə yeniyetmələr arasında muxtar respublika birinciliyi keçiriləcək. Seminarda iştirak edən idmançılar öyrəndikləri fəndlərlə güclərini nümayiş etdirəcəklər. 

Seminar Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Güləş Federasiyası və Azərbaycan Cüdo federasiyasının təşkilatçılığı ilə keçirilib.

 Elvin Quliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: