Paralimpiyaçı cüdoçular arasında dünya çempionatında Azərbaycan millisi 14 idmançı ilə təmsil olunur

A- A A+
Noyabrın 16-da Portuqaliyanın Odivelas şəhərində paralimpiyaçı cüdoçular arasında Beynəlxalq Korlar İdmanı Federasiyasının (IBSA) dünya çempionatına start verilib. Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsindən NUHÇIXAN-a bildiriblər ki, yarışlarda milli komandamız 14 idmançı ilə təmsil olunur. Yarışın birinci günündə kişilər arasında yarışlarda Orxan Qarayev, Vüqar Şirinli (hər ikisi 60 kq), Bayram Mustafayev, Namiq Abbaslı (hər ikisi 66 kq) və Ramil Qasımov (73 kq) mübarizə aparırlar. Qadınların yarışında Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq) və Səbinə Abdullayeva (57 kq) tatami üzərinə çıxacaqlar. Yarışlara noyabrın 18-də yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: