Bu gün Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

A- A A+

Bu gün Almaniyanın paytaxtı Berlində Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, yarışda Azərbaycan Xüsusi Olimpiya Komitəsinin atletika, badminton, basketbol (qızlar), cüdo, bədii gimnastika, həndbol (qızlar), pauerliftinq (ağırlıqqaldırma), stolüstü tennis, üzgüçülük və voleybol (oğlanlar) idman növləri üzrə yığma komandalarından ibarət 72 nəfər nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinin əksəriyyəti təhsil sisteminin tam orta, inklüziv, xüsusi yardımçı məktəb və internatların fiziki tərbiyə müəllimləri və şagirdlərindən ibarətdir.

İyunun 25-dək davam edəcək Oyunlarda 170 ölkədən üç min məşqçi və yeddi min idmançı iştirak edəcək.

Qeyd edək ki, Xüsusi Yay Olimpiya Oyunlarının bağlanış mərasimi iyunun 25-də İkonik Brandemburq qapısında baş tutacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: