Azərbaycanın iki sərbəst güləşçisi erməni rəqiblərinə qalib gələrək Avropa çempionu olub - FOTOLAR

A- A A+

Azərbaycanın daha bir sərbəst güləşçisi Yusif Dursunov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatının finalında ermənistanlı Henrik Haykyana xalların keyfiyyətinə görə (4:4) qalib gələrək titulunu qoruyub və ikinci dəfə Avropa çempionu olub.

Bu barədə NUHÇIXAN-a Azərbaycan Güləş Federasiyasından bildirilib.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçimiz Hacı Kərimov finalda ermənistanlı Samvel Gevorqyana tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.

Digər güləşçimiz Mirzəağa Axundov belaruslu Aleksandr Kambayevə 12:2 hesabıyla qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb. Camal Abbasov isə türkiyəli rəqibi Vahid Yılmaza 10:0 hesabıyla qalib gələrək ikinci dəfə Avropa çempionatının finalına yüksəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: