Bu gün futbol üzrə UEFA Millətlər Liqasında qalib müəyyənləşəcək.
NUHÇIXAN xəbər verir ki, həlledici görüşdə Xorvatiya və İspaniya milliləri üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Əvvəlcə isə üçüncü yer uğrunda oyun olacaq. Niderland ilə İtaliya yığmaları arasında keçiriləcək matç saat 17:00-da başlayacaq.