İngiltərənin "Bornmut" klubu baş məşqçisi Qari Onillə yollarını ayırıb.
NUHÇIXAN Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssisin müqaviləsi yenilənməyib.
Klub ingiltərəli baş məşqçiyə xidmətlərinə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, "Bornmut" başa çatan mövsümü 39 xalla 15-ci pillədə başa vurub və çempionatda qalmağı bacarıb.