Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Gürcüstanın Batumi şəhərində "İnternational Batumi Open" beynəlxalq karate turniri keçirilib. Yarışa 10 ölkədən 250-yə yaxın idmançı qatılıb.
Turnirə qatılan muxtar respublika karateçiləri Azərbaycanı uğurla təmsil etməyə müvəffəq olub. İdmançılarımız 5-i qızıl, 3-ü gümüş və 4-ü bürünc olmaqla, ümumilikdə 12 medal qazanıblar.
Təmsilçilərimizdən ən yaxşı nəticəni Nizami Orucov göstərib. O, 10-11 yaşlılarda 2 qızıl, 1 gümüş medal qazanıb. Həmçinin Qafar Hüseynov, Əli Bayramov, Xədicə Bayramova da qızıl medal sevinci yaşayıb, eləcə də digər idmançımız Nərgiz Həsənli ilə birgə müxtəlif əyarlı medallar əldə ediblər.