UEFA: "Rusiya komandalarının tezliklə beynəlxalq arenada oynayacaqlarına inanırıq"

A- A A+

"İnanırıq ki, Rusiya milli komandaları və klubları tezliklə beynəlxalq arenada oynaya biləcəklər".

NUHÇIXAN-ın məlumatına görə, bunu Rusiya Futbol İttifaqının (RFS) Moskvadakı konfransında iştirak edən UEFA prezidenti Aleksander Çeferinin milli assosiasiyalar üzrə müşaviri Yozef Klement deyib.

O, Avropa futbol qurumunun RFS-lə əməkdaşlığı heç vaxt kəsmədiyini bildirib: "Futbol körpülər qurmalıdır. İndi bizi ciddi sınaq gözləyir. UEFA futbolun qalib gələcəyinə əmindir".

Qeyd edək ki, Rusiya yığmaları və klubları Ukrayna ilə müharibəyə görə FIFA və UEFA-nın yarışlarından kənarlaşdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: